Küveyt İsveçə fərqli reaksiya verdi

KUNA rəsmi xəbər agentliyinin yazdığına görə...

2009588
Küveyt İsveçə fərqli reaksiya verdi

 

  Küveyt hökuməti belə bir hərəkət nümayiş etdirdi: İsveçdə paylanması üçün 100 min nüsxə Qurani-Kərimin isveç dilində çap edilməsinə qərar verdi.

  KUNA rəsmi xəbər agentliyinin yazdığına görə, Nazirlər Şurası həftəlik iclasında İslamın tolerant din olduğunu isveç xalqına göstərmək üçün bu ölkədə Qurani-Kərimin yayılmasını təsdiqlədi.

  Baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın göstərişinə əsasən, isveç dilində 100 min Qurani-Kərim nəşr olunacaq.

  Küveyt Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə İsveçdə Qurani-Kərimlərin sevgi və tolerantlıq mühitində paylanacağı vurğulanan xəbərdə bu işin dəyər və prinsiplər haqqında müsbət mesaj verəcəyi ifadə edilib.

  Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika iyunun 28-də məscidin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Hadisə beynəlxalq aləmdə, xüsusilə Türkiyədə böyük reaksiya ilə qarşılanıb.



Әlaqәli Xәbәrlәr