Hindistanda torpaq sürüşməsi 17 nəfərin ölümünə səbəb olub

Hindistanın şimal bölgələrində leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələrində ən azı 17 nəfər həyatını itirib.

2008944
Hindistanda torpaq sürüşməsi 17 nəfərin ölümünə səbəb olub

Hindistanın şimal bölgələrində leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələrində ən azı 17 nəfər həyatını itirib.

Güclü yağış nəticəsində parkları, yeraltı keçidləri, bazarları və xəstəxana binalarını su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.

Ölkənin Meteorologiya Xidmətindən verilən məlumata görə, Yeni Dehlidə 24 saat ərzində hər kvadratmetrə düşən yağıntı 1982-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir. Buna görə, Yeni Dehli sakinləri üçün "sarı xəbərdarlıq" elan edilib.

Hindistan Mərkəzi Su Komissiyasından (CWC) verilən açıqlamada, Dehlidəki Yamuna çayının suyunun yüksəldiyi və iyulun 11-də təhlükə həddini 205,33 metr keçəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr