İsrailin Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

İngiltərənin paytaxtı Londonda İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqını və hücumlarına etiraz edilib.

2007754
İsrailin Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

İngiltərənin paytaxtı Londonda İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqını və hücumlarına etiraz edilib.

İsrailin Londondakı səfirliyi qarşısında keçirilən etiraz aksiyasında çoxlu sayda vətəndaş iştirak edib. 

Nümayişdə çıxış edən Şotlandiya Milli Partiyasının İngiltərədə parlamentindəki deputatı Tommi Şeppard bildirib ki, etirazlar və beynəlxalq təşəbbüslərlə İsrailə dünya miqyasında təzyiq edilməlidir.

Dövlət qurumlarının İsraili boykot etməsinin qarşısını alan qanun layihəsinin İngiltərə parlamentində müzakirə edildiyini xatırladan Şeppard "Bu qanun layihəsinin qəbul edilməməsi üçün çalışırıq" deyib.

Şeppard həmçinin vurğulayıb ki, anti-İsrail hərəkətləri antisemitizm demək deyil.

Nüvə Silahsızlanması Kampaniyasının sözçüsü Karol Turner də İngiltərə hökumətinin İsrailə dəstəyi bitənə qədər Fələstini dəstəkləməyə davam edəcəklərini söyləyib.

Əqsa Məscidinin Dostları qrupundan Şamiul Joarder isə deyib:

"Fələstində bitməyən işğal və istismar var. Fələstin azad olana qədər fələstinlilərlə həmrəyliyimizi davam etdirməliyik. Azad Fələstin üçün addımlar atmalıyıq. Biz boykot etməli, sanksiyalar tətbiq etməli, tədbirlər görməliyik və hökuməti buna məcbur etməliyik".

İşçi Partiyasının keçmiş lideri Ceremi Korbin də parlamentdə İsrailin boykotunu qadağan edən qanun layihəsinə etiraz edəcəyini bəyan edib və bütün iştirakçıları öz millət vəkillərinə təzyiq göstərməyə çağırıb.

Xatırladaq ki, İsrail ordusu iyulun 3-nə keçən gecə Cenin şəhəri və Cenin qaçqınlar düşərgəsinə basqın edərək bölgəni mühasirəyə alıb.

İsrail qüvvələrinin 48 saat davam edən hava və quru hücumlarında 4-ü uşaq olmaqla 12 fələstinli həlak olub, 20-si ağır olmaqla 120 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr