ABŞ-da atışma zamanı azı 4 nəfər öldürülüb

ABŞ-ın Pensilvaniya ştatında, Filadelfiya şəhərinin cənub-qərbində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.

2006498
ABŞ-da atışma zamanı azı 4 nəfər öldürülüb

ABŞ-ın Pensilvaniya ştatında, Filadelfiya şəhərinin cənub-qərbində baş verən atışma nəticəsində azı 4 nəfərin öldüyü bildirilib.

Filadelfiya Polis İdarəsinin məlumatına görə, hadisə zamanı yetkinik yaşına çatmayanlar da daxil olmaqla ümumilikdə 8 nəfər güllə yarası alıb.

Polis cinayətdə şübhəli bilinən şəxsi saxlayıb.

Hücumun hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr