Fransa qadınların matçlarda hicab taxmasına qadağa qoydu

Qərarda bu qadağa "uyğun" və "mütənasib" adlandırılıb

2005547
Fransa qadınların matçlarda hicab taxmasına qadağa qoydu

 

  Fransa Dövlət Şurası qadınların matçlarda hicab taxmasına qadağa qoydu.

  Şura "Les Hijabeuses" (Başörtülülər) kimi tanınan futbol ictimaiyyətinin Fransa Futbol Federasiyasının (FFF) 2016-cı ildə hicab qadağası ilə bağlı qərarına qarşı etirazını qəbul etməyib.

  Fransanın ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurası qərar verib ki, FFF öz nizamnaməsində oyunçuların matçlar zamanı dini simvollar, o cümlədən hicab taxmasını qadağan edən birinci bəndi tətbiq edə bilər.

  Qərarla bağlı şura tərəfindən verilən yazılı açıqlamada idman federasiyalarının "qərəzsizlik öhdəliyi"nə tabe olduqları və federasiya işçilərinin şəxsi inanc və fikirlərini ifadə etməmələri qeyd edilib.

  Şura qərarında bildirib ki, FFF futbol oyunlarının rahat keçirilməsini təmin etmək və hər hansı münaqişənin qarşısını almaq üçün nizamnaməsinin birinci maddəsində nəzərdə tutulan qadağanı tətbiq edə bilər. Buna görə də qadın futbolçular FFF matçlarında hicablı olmamalıdır.

  Qərarda bu qadağa "uyğun" və "mütənasib" adlandırılıb.



Әlaqәli Xәbәrlәr