Antonio Quterreş: ‘‘Humanitar yardıma möhtac olan insanların sayı 360 milyona çatıb’’

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş dünyada humanitar yardıma möhtac olan insanların sayının ötən illə müqayisədə 30 faiz artaraq 360 milyona çatdığını bildirib.

2002932
Antonio Quterreş: ‘‘Humanitar yardıma möhtac olan insanların sayı 360 milyona çatıb’’

Dünyada humanitar yardıma möhtac olan insanların sayı 360 milyona çatıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş dünyada humanitar yardıma möhtac olan insanların sayının ötən illə müqayisədə 30 faiz artaraq 360 milyona çatdığını bildirib.

Antonio Quterreş BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) keçirilən sessiyada çıxış edib.

Məcburi köçkünlərin sayının 110 milyona çatdığını qeyd edən Antonio Quterreş 260 milyon insanın ciddi ərzaq çatışmazlığı və aclıqla üzləşdiyini vurğulayıb.

Antonio Quterreş bunun əsas səbəbinin həll olunmamış münaqişələr və yeni başlayan müharibələr olduğunu bildirib.

BMT-nin baş katibi deyib: “Covid-19' pandemiyası dövründə başlayan və Rusiyanın Ukraynanı işğal etməsi ilə daha da dərinləşən qlobal iqtisadi problemlər ən kövrək  bölgələrə mənfi təsir edir''.

Antonio Quterreş bildirib ki, münaqişə tərəfləri beynəlxalq hüquq normalarını pozaraq mülki şəxslərin qəbuledilməz bədəl ödəmələrinə səbəb olur.

“Qlobal humanitar böhran dövrümüzün ən ciddi problemlərinə qarşı birgə hərəkət edə bilmədiyimizin sübutudur”,-deyə Birləşmiş Millətlər Təşkilatının baş katibi qeyd edib.



Әlaqәli Xәbәrlәr