BMT: ''2022-ci ildə üç mindən çox adam miqrasiya zamanı ölüb''

Ötən il Yaxın Şərq və Şimali Afrikanı tərk edən 3789 nəfərin miqrasiya zamanı öldüyü bildirilir.

2000336
BMT: ''2022-ci ildə üç mindən çox adam miqrasiya zamanı ölüb''

Ötən il Yaxın Şərq və Şimali Afrikanı tərk edən 3789 nəfərin miqrasiya zamanı öldüyü bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) dərc etdiyi hesabatda  2022-ci ilin yanvarından dekabr ayına qədər Yaxın Şərq və Şimali Afrikanı tərk edən 3789 nəfərin miqrasiya zamanı həyatını itirdiyi vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı ən çox insan tələfatının dəniz yolu ilə olan miqrasiya zamanı baş verdiyini açıqlayıb.
Hesabatda  2022-ci il ərzində Yaxın Şərq və Şimali Afrikadan quru yolu ilə köç etməyə cəhd göstərən 1028, dəniz yolu ilə köç etməyə cəhd edən 2761 immiqrantın həyatını itirdiyi bildirilib.


Etiketlәr: #miqrasiya , #köç , #BMT

Әlaqәli Xәbәrlәr