UNICEF məcburi köçkün vəziyyətinə düşən uşaqlarla bağlı hesabat yayımladı

Dünyada evlərini tərk etmək məcburiyyətində qalan uşaqların sayı 43,3 milyona yüksəlib.

2000114
UNICEF məcburi köçkün vəziyyətinə düşən uşaqlarla bağlı hesabat yayımladı

Dünyada evlərini tərk etmək məcburiyyətində qalan uşaqların sayı 43,3 milyona yüksəlib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) dünya üzrə məcburi köçkün vəziyyətinə düşən uşaqlarla bağlı hesabat yayımlayıb.
Hesabata görə, köçkün uşaqların sayı 2022-ci ilin sonunda 43,3 milyon nəfərə yüksəlib.
UNICEF-in icraçı direktoru Ketrin Rassel deyib: “Məcburi köçkün vəziyyətinə düşən uşaqların sayının artması dünyadakı münaqişələr, böhranlar və iqlim dəyişikliyi nəticəsində baş verən fəlakətlərlə bağlıdır''.
Hesabatda məcburi köçkün vəziyyətinə düşən uşaqların əksəriyyətinin bütün uşaqlıq dövrünü bu şəkildə keçirdiyinə diqqət çəkilib.
“Son 10 ildə məcburi köçkün vəziyyətinə düşən uşaqların sayı iki dəfə artıb”,-deyə hesabatda vurğulanıb.
Hesabatda bildirilib ki, Ukrayna müharibəsi 2 milyon uşağı məcburi köçkün vəziyyətinə salıb, 1 milyon uşaq isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Hesabatda 43,3 milyon uşağın 60 faizinin qarşıdurma və zorakılıq nəticəsində yurd-yuvalarından didərgin düşdüyü, sığınacaq istəyən uşaqların sayının isə 17,5 milyona yüksəldiyi bildirilib.
Sudandakı qarşıdurmalar səbəbindən 940 min uşağın didərgin vəziyyətinə düşdüyü bildirilən hesabatda ekstremal hava hadisələrinin də milyonlarla uşağı evindən didərgin saldığı qeyd edilib.


Etiketlәr: #köçkün , #UNISEF

Әlaqәli Xәbәrlәr