Məhəmməd İştiyyə Sven Koopmansla görüşüb

Fələstinin baş naziri Məhəmməd İştiyyə bildirib ki, İsrail Fələstin administrasiyasını çökdürməyə çalışır.

2000155
Məhəmməd İştiyyə Sven Koopmansla görüşüb

Fələstinin baş naziri Məhəmməd İştiyyə bildirib ki, İsrail Fələstin administrasiyasını çökdürməyə çalışır.

Fələstin Nazirlər Kabinetindən verilən açıqlamaya görə, Baş nazir Məhəmməd İştiyyə işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərində Avropa İttifaqının  (Aİ) Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi nümayəndəsi Sven Koopmans ilə görüşüb.

Məhəmməd İştiyyə və Sven Koopmans Fələstin məsələsində sülhün dirçəldilməsi yollarını və iki dövlətli həll yollarını müzakirə ediblər.

"İsrail hökuməti qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin sayını artıraraq Fələstin administrasiyasını devirməyə və müstəqil Fələstin dövlətinin yaradılması ehtimalını məhv etməyə çalışır. Belə bir zamanda iki dövlətli həll variantını qorumaq üçün təcili tədbirlər görülməlidir",-deyə Məhəmməd İştiyyə qeyd edib.

Məhəmməd İştiyyə İsrailin Fələstin torpaqlarını ələ keçirməklə yanaşı, sərhədləri, keçidləri və təbii sərvətləri nəzarətdə saxlamağa çalışdığını ifadə edərək bu məqsədlə hücumlarını davam etdirdiyini deyib.

Baş nazir Məhəmməd İştiyyə görüş zamanı Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Fələstin sülh prosesini canlandırmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.



Әlaqәli Xәbәrlәr