Bu ölkədə denge qızdırması halları 19 mini keçdi

Tayland Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Departamenti bildirib ki...

1999856
Bu ölkədə denge qızdırması halları 19 mini keçdi

 

  Taylandda 2023-cü ilin əvvəlindən 15 nəfərin ölümünə səbəb olan denge qızdırması halları 19 mini keçib.

  Son vaxtlar ölkədə denge qızdırması və xəstəlikdən ölümlərin artması narahatlıq doğurur.

  Hökumət nümayəndəsi Traisuree Taisaranakul iyunun 12-də bildirib ki, ilin əvvəlindən bəri ən azı 15 nəfər denge virusundan ölüb, yoluxma nisbəti keçən illə müqayisədə 4,2 dəfə artıb.

  Ölkədə hər həftə təxminən 900 infeksiya və 1 ölüm hadisəsi qeydə alınır.

  Denge qızdırması hallarının əksəriyyəti paytaxt Banqkok da daxil olmaqla 5 şəhərdə yaşanır.

  Tayland Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Departamenti bildirib ki, ötən həftə ölkədə ümumilikdə 19.503 denge qızdırması halı qeydə alınıb, ən çox yoluxma 5-14 yaş arası uşaqlarda baş verib. Departamentin direktoru Tares Krasanayravivonq (Thares Krasanairawiwong) xəbərdarlıq edib ki, ağcaqanad qaynaqlı yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət edilməli və ağcaqanadların çoxaldığı ərazilər ləğv edilməlidir.

  Taylandda iyundan avqusta qədər yağışlı mövsümlə əlaqədar yoluxma hallarının artacağı gözlənilir.

  Denge qızdırması - yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir.



Әlaqәli Xәbәrlәr