Cammu və Kəşmir bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib

Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.

1999138
Cammu və Kəşmir bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib

Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.
Hindistan Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Cammu və Kəşmirin Doda bölgəsində baş verib.
Yerli vaxtla saat 13.33-də qeydə alınan zəlzələ nəticəsində dağıntı və tələfat  barədə məlumat daxil olmayıb. Məlumata əsasən, yeraltı təkanların ocağı 6 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ Pakistanın Azad Cammu Kəşmir bölgəsi, Lahor, İslamabad və Pişəvər şəhərlərində də hiss olunub.



Әlaqәli Xәbәrlәr