Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb

Ukrayna Daxili İşlər Nazirliyi Kaxovka su bəndinin dağılması nəticəsində baş verən daşqında 6 nəfərin həyatını itirdiyini, 35 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

1998180
Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb

Ukrayna Daxili İşlər Nazirliyi Kaxovka su bəndinin dağılması nəticəsində baş verən daşqında 6 nəfərin həyatını itirdiyini, 35 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Nazirliyin rəsmi internet səhifəsində edilən paylaşımda iyunun 6-da Kaxovka su bəndinin dağılması nəticəsində baş verən  daşqından ən çox zərər çəkən Xerson və Nikolayev vilayətlərindəki vəziyyət qiymətləndirilib.

Xerson vilayətində ümumilikdə 46 yaşayış məntəqəsinin hələ də su altında olduğu bildirilən paylaşımda bu ifadələrə yer verilib: "Bölgədə yaşayan 190-ı uşaq olmaqla 2 718 nəfər təxliyə edilib. 5 nəfər həyatını itirib, 7-si uşaq olmaqla 35 nəfərin taleyi barədə məlumat yoxdur”. 

Paylaşımda həmçinin Nikolayev vilayətində də  31 yaşayış məntəqəsinin su altında qaldığı vurğulanıb, 167-si uşaq olmaqla 982 nəfərin təxliyə edildiyi, 1 nəfərin öldüyü bildirilib.

Ukrayna Fövqəladə Hallar Xidmətinin yaydığı məlumatda isə Dnepr çayında suyun səviyyəsinin azalmağa davam etdiyi vurğulanıb.

Məlumatda Kaxovka su bəndində də suyun səviyyəsində azalmanın müşahidə olunduğu, suyun səviyyəsinin 7,4 metr olduğu qeyd edilib.


Etiketlәr: #Nikolayev , #Kaxovka , #Ukrayna

Әlaqәli Xәbәrlәr