Rusiyada PUA yaşayış binasına çırpıldı

Rusiya- Ukrayna  sərhədi yaxınlığında yerləşən Voronej şəhərində  pilotsuz uçuş aparatının (PUA) yaşayış binasına çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

1997783
Rusiyada PUA yaşayış binasına çırpıldı

Rusiya- Ukrayna  sərhədi yaxınlığında yerləşən Voronej şəhərində  pilotsuz uçuş aparatının (PUA) yaşayış binasına çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
Məlumata əsasən, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Hadisə nəticəsində yaşayış binasında yanğın baş verib, hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupları göndərilib.
Yanğının qısa müdaxilədən sonra  söndürüldüyü bildirilib.
Xəsarət alanlara  tibbi yardım göstərilib.
Rusiya Prezidentinin sözçüsü  Dmitri Peskov hadisə ilə bağlı verdiyi açıqlamada Ukraynanı ittiham edib.
Dmitri Peskov deyib: "Kiyev rejimi mülki obyektlərə və insanların yaşadığı binalara hücumlarını davam etdirir. Amma biz də döyüşü və xüsusi hərbi əməliyyatı davam etdiririk".
2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.



Әlaqәli Xәbәrlәr