Amerika Birlәşmiş Ştatları terror təşkilatı Əl-Şəbaba qarşı əməliyyat keçirib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Somalinin cənubunda həyata keçirdiyi hava hücumunda terror təşkilatı Əl-Şəbabın üç üzvü zərərsizləşdirilib.

1994852

ABŞ-ın Afrika Qüvvələri Komandanlığından (AFRICOM) verilən açıqlamada Somalinin cənubundakı Vayanta bölgəsinə hava hücumunun təşkil edildiyi bildirilib.
Açıqlamada hücum nəticəsində  3 təşkilat üzvünün öldürüldüyü, mülki vətəndaşların zərər görmədiyi qeyd olunub.
Ötən il Somali ordusunun Əl-Şəbab qruplaşmasına qarşı başlatdığı əməliyyatlarda bir çox bölgə azad edilib.
Ancaq təşkilat vaxtaşırı şəhərləri və təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar törədir.

Etiketlәr: #Əl-Şəbab , #Somali , #ABŞ

Әlaqәli Xәbәrlәr