Kişineuda beştərəfli qeyri-rəsmi görüş keçirilib

Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini bir araya gətirəcək növbəti görüşün iyulun 21-də Brüsseldə keçiriləcəyini bildirib.

1994499
Kişineuda beştərəfli qeyri-rəsmi görüş keçirilib

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun qeyri-rəsmi görüşü keçirilib.

Görüşlə bağlı açıqlama verən Avropa Şurasının sədri Mişel Belçikanın paytaxtı Brüsseldəki danışıqlarda daha əvvəl müzakirə edilən sülh razılaşması, nəqliyyat, təhlükəsizlik və sərhədlərin müəyyənləşdirilməsi işləri kimi bütün mövzuları dəyərləndirdiklərini bildirib.

Mişel Azərbaycan və Ermənistan liderlərini bir araya gətirəcək növbəti görüşün iyulun 21-də Brüsseldə keçiriləcəyini qeyd edib.

Mişel “Biz münasibətlərin normallaşması üçün bütün müsbət səyləri dəstəkləyirik” deyib.

"Avropa siyasi birliyi"nin payızda İspaniyada keçiriləcək növbəti toplantısı zamanı Əliyev, Paşinyan, Makron və Şolzla yenidən görüşmək qərarına gəldiklərini bildirən Mişel “Biz Aİ olaraq münasibətlərin normallaşması istiqamətində kömək etmək və irəliləyiş üçün əlimizdən gələni edəcəyik” deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasına səfəri iyunun 1-də başa çatıb.



Әlaqәli Xәbәrlәr