Bayden məzuniyyət tədbiri zamanı yıxıldı

ABŞ prezidenti Co Biden ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında məzuniyyət mərasimi zamanı ayağı büdrəyərək yerə yıxılıb.

1994319
Bayden məzuniyyət tədbiri zamanı yıxıldı

81 yaşlı ABŞ lideri mərasimdə tribunadan aralanarlkən müvazinətini tarazlaya bilməyərək, ağzı üstə yerə aşıb. Onun hərbçilərin qarşısında yıxıldığına dair görüntülər qısa müddətdə sosial şəbəkədə yayılıb. Prezidentə hərbiçi məzunlar kömək edərək ayağa qaldırıb.

Xatırladaq ki, Bayden dəfələrlə belə hallarla üzləşib. O, bundan əvvəl velosiped sürərkən oxşar halla üzləşib. ABŞ prezidenti Polşaya səfəri zamanı əvvəl təyyarəyə minərkən də pilləkənlərdə büdrəyərək yıxılıb.

Bayden 81 yaşı olmasına baxmayaraq, 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını bəyan edib.

 

 



Әlaqәli Xәbәrlәr