Edi Rama koronavirus dövründə Türkiyenin ölkəsinə verdiyi dəstəyi qiymətləndirib

Albaniyanın Baş naziri Edi Rama yeni növ koronavirus (Kovid-19) epidemiyası dövründə Türkiyenin ölkəsinə verdiyi dəstək ilə bağlı deyib: “Prezident Rəcəb Tayyib Ərdoğan olmasaydı Albaniyada koronavirus epidemiyası səbəbindən çox sayda adam ölərdi”.

1993695

Edi Rama Slovakiyanın paytaxtı Bratislavada keçirilən Bratislava Qlobal Təhlükəsizlik Forumunda (GLOBSEC) Kosovonun şimalındakı gərginlik, ölkəsinin Avropaya inteqrasiya prosesi və Türkiyenin dəstəyi kimi mövzulara toxunub.
Türkiyenin Covid-19 pandemiyası dövründə ölkəsinə verdiyi dəstəyə toxunan Edi Rama deyib: ''Türkiye Prezidenti olmasaydı Albaniyada koronavirus epidemiyası səbəbindən çox sayda adam ölərdi''.
Albaniyanın Avropa İttifaqına tam hüquqlu üzvlük prosesini qiymətləndirən Edi Rama Avropa İttifaqı ilə Qərbi Balkanlar arasındakı münasibətlərdə nəyinsə köklü şəkildə dəyişməsinin vacibliyini vurğulayıb.
Kosovonun şimalındakı gərginliyə də toxunan Edi Rama deyib:''Kosovonun şimalında yaşananlar ölkənin daxili siyasəti ilə bağlıdır''.

Әlaqәli Xәbәrlәr