Xəstəxanada yanğın baş verib: 3 ölü var

Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Mödlinq xəstəxanasında yanğın baş verib.

1992903
Xəstəxanada yanğın baş verib: 3 ölü var

Aşağı Avstriya Əyaləti Dövlət Səhiyyə Təşkilatının sözçüsü Matthias Hofer mətbuata verdiyi açıqlamada yanğının 3 xəstənin yerləşdiyi otaqda gecə saatlarında baş verdiyini və sürətlə yayıldığını bildirib. Hofer qeyd edib ki, 3 xəstəni xilas etmək mümkün olmayıb, 20 nəfər isə tüstüdən təsirlənib.

Xəstələrin ətrafdakı xəstəxanalara köçürüldüyünü ifadə edən Hofer, əməliyyatxanalarda fəsad yarandığını bu səbəbdən bir müddət əməliyyatların dayandırılmalı olduğunu sözlərinə əlavə edib.

Ştat prokurorluğu isə yanğının səbəbini araştırır.



Әlaqәli Xәbәrlәr