Belçika-Almaniya sərhədində yanğın baş verib

Belçikanın Almaniya ilə sərhədi yaxınlığında baş verən yanğın nəticəsində 170 hektar meşə sahəsi və qamışlıq kül olub.

1992944
Belçika-Almaniya sərhədində yanğın baş verib

Ölkənin şərqindəki Faqnes bölgəsində baş verən yanğının söndürülməsi üçün əraziyə cəlb olunan 130 yanğınsöndürənə Alman yanğınsöndürənlərin də dəstək verdiyi bildirilib.

Belçikanın Valon Bölgəsinin Meşə və Su İdarəsindən yayılan məlumata görə yanğına ildırım çaxması və ya həddindən artıq istilər səbəb olmayıb. İnsan tərəfindən törədilmiş ola biləcəyi ehtimal olunur. Gəzinti yolları ilə tanınan əraziyə girişlər isə qadağan edilib. Yanğından zərər çəkmiş bəzi məntəqələrə çatmaq üçün helikopterlərə ehtiyac olduğu bildirilir.

Təxminən iki həftədir yağış yağmayan Belçikanın şimalındakı Antverpen və Limburq təbiət parkları və meşəlik ərazilərdə yanğın təhlükəsinə qarşı sarı xəbərdarlıq elan edilib. Ölkə ərazisində havanın ən azı daha bir həftə günəşli və quraq keçəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr