Sudanın qərbində atəşkəsə əməl edilmir

Sudanın qərbindəki Darfur əyalətinin şimalında ordu ilə yarımhərbiləşdirilmiş xüsusi təyinatlılar arasında şiddətli toqquşmalar baş verib.

1991693
Sudanın qərbində atəşkəsə əməl edilmir

Sudanın qərbindəki Darfur əyalətinin şimalında ordu ilə yarımhərbiləşdirilmiş xüsusi təyinatlılar arasında şiddətli toqquşmalar baş verib.
"Darfur 24" xəbər saytının məlumatına görə, iki tərəf Sudanın Faşir şəhərinin müxtəlif məhəllələrində ağır silahlarla bir-birinə hücum edib.

Qarşıdurmalara görə çoxlu insan şəhərin cənubundakı ərazilərə qaçıb.

Atəşkəsə baxmayaraq, tərəflər paytaxt Xartumda da toqquşub.

Sudanda atəşkəs və sanksiya təhdidlərinə baxmayaraq, tərəflər arasındakı qarşıdurmaların davam etdiyi bildirilib.

Qeyd edək ki, mayın 20-də ABŞ və Səudiyyə Ərəbistanı vasitəsilə bir həftəlik atəşkəsin 22 may bazar ertəsi saat 21.45-dən etibarən qüvvəyə minəcəyini elan ediblər.

Atəşkəsin qüvvəyə minməsindən bir gün sonra ABŞ dövlət katibi Antoni Blinken sudanlı generalların yekun atəşkəsə əməl etmədikləri təqdirdə sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq edib.

Sudan Müdafiə Nazirliyi mayın 27-də etiyatda olan əsgərlər və əli silah tutanlar üçün səfərbərlik elan edib.

Paytaxt Xartum və ətrafında qarşıdurmaların şiddətləndiyi bölgələrdən ölkə daxilindəki təhlükəsiz yerlərə və ətraf ölkələrə qaçışlarla yanaşı, Suriya, Yəmən və Misir kimi çox sayda vətəndaşı olan ölkələrin vətəndaşlarının təxliyyəsi davam edir.
Xatırladaq ki, aprelin 15-də Sudanda ordu birləşmələri və çevik reaksiya qüvvələri arasında başlayan silahlı qarşıdurma nəticəsində indiyədək minə yaxın insan həlak olub, bir milyondan çox insan isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.



Әlaqәli Xәbәrlәr