Uqandada torpaq sürüşməsi nәticәsindә 5 nәfәr ölüb

Uqanda Qızıl Xaç Komitəsindən verilən yazılı açıqlamada ölkənin şərqindəki Bulambuli bölgəsində torpaq sürüşməsinin baş verdiyi bildirilib.

1991277
Uqandada torpaq sürüşməsi nәticәsindә 5 nәfәr ölüb

Uqandada baş verən torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə 5 nəfər həyatını itirib.

Uqanda Qızıl Xaç Komitəsindən verilən yazılı açıqlamada ölkənin şərqindəki Bulambuli bölgəsində torpaq sürüşməsinin baş verdiyi bildirilib.

Açıqlamada gecə saatlarında baş verən hadisədə ilkin məlumatlara görə  5 nəfərin öldüyü, 7 nəfərin torpaq altında qaldığı qeyd olunub. 
Axtarış-xilasetmə əməliyyatları davam edir.



Әlaqәli Xәbәrlәr