Yük gəmisi Süveyş kanalında quruya çırpılıb

Honq-Konqda qeydiyyatdan keçmiş "Xin Hai Tong" adlı quru yük gəmisi Süveyş kanalında quruya çırpılıb.

1990532
Yük gəmisi Süveyş kanalında quruya çırpılıb

TRT-nin xəbərinə  görə bu barədə “Leth Shipping” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda hadisənin səhər tezdən baş verdiyi qeyd edilir. Kanalda ilişib qalmış yük gəmisi daha dörd gəminin yolunu kəsib. 

Hazırda yedək gəmiləri 189 metrlik tankeri yerindən çıxararaq suya qaytarmağa çalışır.



Әlaqәli Xәbәrlәr