Kolumbiyada güclü zəlzələ olub

Kolumbiya Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin episentri Akandi şəhərindən 41 kilometr aralıda yerləşib.

1990620
Kolumbiyada güclü zəlzələ olub

Cənubi Amerika ölkəsi Kolumbiyada 6,6 bal gücündə zəlzələ baş verib.

Kolumbiya Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin episentri Akandi şəhərindən 41 kilometr aralıda yerləşib. Zəlzələ yerli vaxtla saat 10.05-də qeydə alınıb. Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən bir neçə dəqiqə sonra 4,6 bal gücündə daha bir zəlzələ baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Zəlzələ Antiokiya, Kordoba və Şokonun inzibati rayonlarında və qonşu Panamada da hiss olunub.



Әlaqәli Xәbәrlәr