Qırğızıstanla Çin arasında əməkdaşlığa dair bir sıra müqavilə imzalanıb

Bu barədə Qırğızıstan Prezident Aparatından verilən bəyanatda bildirilib.

1989422
Qırğızıstanla Çin arasında əməkdaşlığa dair bir sıra müqavilə imzalanıb

Qırğızıstanla Çin arasında əməkdaşlığa dair bir sıra müqavilə imzalanıb.
Bu barədə Qırğızıstan Prezident Aparatından verilən bəyanatda bildirilib. Bəyanatda Qırğızıstan Prezidenti Sadır Çaparovun Çinə səfəri çərçivəsində enerji, kənd təsərrüfatı və kinematoqrafiya sahələrində imzalanan müqavilələr ilə bağlı məlumat verilib.
Qırğızıstanın Energetika Nazirliyi ilə “China Power International Development Limited” şirkəti arasında imzalanan investisiya müqaviləsinə əsasən, Qırğızıstanın İssık-Göl vilayətində günəş elektrik stansiyası tikiləcək.
Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi ilə “Bai Dou Jia” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, Qırğızıstanda 260 milyon dollar məbləğində  gübrə istehsalı müəssisəsi inşa olunacaq.
Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ilə Shaanxi Tianhan Shengdian Film Company Ltd. şirkəti 38 milyon dollar dəyərindəki "İpək Yolunun Uzaq Rüzgarı"  serialının çəkilişinə start verəcək.



Әlaqәli Xәbәrlәr