BMT: ''Türk Evinə edilən hücum hərtərəfli araşdırılmalıdır''

Birləşmiş Millətlər Təşkilatı Türk Evinə edilən hücumu pisləyib və Nyu-Yorkun müvafiq orqanlarından hadisəni hərtərəfli araşdırmasını tələb edib.

1989425

Bu barədə BMT baş katibinin sözçünün müavini Fərhan Haq açıqlama verib. Fərhan Haq deyib: "Bütün diplomatik nümayəndəliklərə edilən hücumları qınayırıq və Nyu Yorkdakı müvafiq orqanların hadisəni hərtərəfli araşdırmasını gözləyirik".
Xatırladaq ki, Türkiyenin BMT-dəki daimi nümayəndəliyi və Nyu-Yorkdakı baş konsulluğunun yerləşdiyi Türk Evinə hücum edilib. Nyu York polisi hücumla bağlı araşdırmalara başlayıb.

Etiketlәr: #Nyu York , #hücum , #Türk Evi , #BMT

Әlaqәli Xәbәrlәr