ABŞ: ''Taxıl sazişinin müddətinin uzadılmasını alqışlayırıq''

Vedant Patel Prezident Rəcəb Tayyib Ərdoğanın taxıl sazişi ilə bağlı açıqlamasını alqışladıqlarını və Türkiye ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) bu mövzudakı birgə səylərini güclü şəkildə dəstəklədiklərini bildirib.

1987812
ABŞ: ''Taxıl sazişinin müddətinin uzadılmasını alqışlayırıq''

ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel Prezident Rəcəb Tayyib Ərdoğanın taxıl sazişi ilə bağlı açıqlamasını alqışladıqlarını və Türkiye ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) bu mövzudakı birgə səylərini güclü şəkildə dəstəklədiklərini bildirib.
Təşkil etdiyi gündəlik mətbuat konfransında taxıl sazişi məsələsinə toxunan Vedant Patel deyib: ''Rəcəb Tayyib Ərdoğanın taxıl sazişi ilə bağlı açıqlamasını alqışlayırıq. Daha əvvəl də qeyd etdiyimiz kimi, Türkiye ilə Birləşmiş Millətlər Təşkilatının  bu mövzudakı birgə səylərini güclü şəkildə dəstəkləyirik''.
Taxıl sazişinin müddətinin uzadılmasının vacibliyini vurğulayan Vedant Patel Rusiyanı tənqid edib.
Vedant Patel deyib ki, dünya bir neçə həftədən bir rəsmi Moskvaya taxıl dəhlizinin əhəmiyyətini xatırlatmaq məcburiyyətində qalmamalıdır.
Rusiyanın Ukraynadakı müharibəni sona çatdırmasının əhəmiyyətini vurğulayan Patel müharibənin sona çatmasının kənd təsərrüfatı ticarətinin normal vəziyyətə qayıtmasına və qlobal ərzaq təhlükəsizliyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan yaradacağını bildirib.


Etiketlәr: #taxıl sazişi , #ABŞ

Әlaqәli Xәbәrlәr