Volodimir Zelenski ilə Frank-Valter Ştaynmayer arasında görüş olub

İtaliya ilə təmaslarını başa vuran Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlinə gedib və Almaniya kansleri Frank-Valter Ştaynmayerlə görüşüb.

1986199

Almaniya kanslerinin iqamətgahı Bellevue sarayında bir araya gələn iki lider daha əvvəl 2022-ci ilin oktyabrında Ukraynanın paytaxtı Kiyevdə görüşmüşdü.

Almaniya Kansleri administrasiyasının səfərlə bağlı bəyanatında "Ukrayna prezidentinin Rusiyanın ölkəsinə qarşı hücumunun başlamasından (24 fevral 2022-ci il) sonra Berlinə ilk səfərində görüşdə Ukraynadakı vəziyyət müzakirə olunub.

Prezident Zelenskiyə və Ukrayna xalqına günortadan sonra Axen 2023 Beynəlxalq Böyük Karl Mükafatı təqdim olunacaq.

Almaniya Rusiyanın işğalçı müharibəsi qarşısında hərbi, iqtisadi və maliyyə yardımı göstərən Ukraynanın ən böyük dəstəkçilərindən biridir. Almaniya da qaçqınlara kömək etmək və yenidənqurma işlərinə böyük töhfə verir” deyə qeyd olunub.

Әlaqәli Xәbәrlәr