Volodimir Zelenski: ''Aİ Ukraynaya hərbi sursat verməyə hazırdır''

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi sursat və 1 milyon mərmi verməyə hazırdır.

1984488
Volodimir Zelenski: ''Aİ Ukraynaya hərbi sursat verməyə hazırdır''

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi sursat və 1 milyon mərmi verməyə hazırdır.

Volodimir Zelenski 9 May Avropa Günü münasibətilə Kiyevə səfər edən Avropa İttifaqı  Komissiyasının sədri Ursula fon der Leyen ilə keçirdiyi görüşdən sonra təşkil edilən  birgə mətbuat konfransında çıxış edib.

Ukraynanın hər gün Rusiyanın təcavüzünə qarşı intensiv mübarizə apardığını bildirən Volodimir Zelenski Ukraynanın döyüş imkanlarının Rusiyanın imkanları ilə mütənasib olduğunu bildirib.

“Bu kontekstdə mən Aİ-nin Ukraynanı hərbi sursat və bir milyon artilleriya mərmisi ilə təmin etməyə hazır olduğuna görə Ursula fon der Leyenə təşəkkür etdim”,-deyə Ukrayna lideri qeyd edib.

Ukrayna-Aİ münasibətlərindəki süni siyasi qeyri-müəyyənliyi aradan qaldırmağın vaxtının gəldiyini ifadə edən Volodimir Zelenski deyib: “Ukraynanın Avropa İttifaqına tam hüquqlu  üzvlüyü ilə bağlı danışıqların başlaması ilə əlaqədar müsbət qərar qəbul etməyin vaxtı gəlib''.

Volodimir Zelenski Ursula fon der Leyenlə keçirdiyi görüşdə Aİ-nin Ukrayna kənd təsərrüfatı məhsullarının ixracına tətbiq etdiyi məhdudiyyətləri müzakirə etdiklərini və ölkəsinin ixracına qoyulan hər hansı məhdudiyyətin Rusiyanın imkanlarını gücləndirəcəyi üçün qəbuledilməz olduğunu bildirib.

Volodimir Zelenski Aİ-dən sərt qərarlar və bütün ticarət məhdudiyyətlərinin mümkün qədər tez aradan qaldırılmasını gözlədiyini bildirib.



Әlaqәli Xәbәrlәr