Konqo Demokratik Respublikasında daşqın nəticəsində ölənlərin sayı 394 nəfərə çatıb

Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 394-ə yüksəlib.

1983651

Milli mətbuatda yer alan xəbərlərə görə, Cənubi Kivu əyalətinin Buşu və Nyamukubi kəndlərində iki gün əvvəl baş verən daşqından sonra daha 218 nəfərin cəsədi tapılıb.

Daşqın nəticəsində 394 nəfər həyatını itirib. Çox sayda insanın itkin düşdüyü fəlakətdə axtarış-xilasetmə işləri davam edir.

Bölgəyə yağan güclü yağış Çibira çayının daşmasına səbəb olub.

Tropik iqlim zonasında yerləşən Konqo Demokratik Respublikası yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.

Әlaqәli Xәbәrlәr