İbrahim Rəisi Nurdincan İsmayılovla görüşüb

İran prezidenti İbrahim Rəisi və Özbəkistanın Qanunvericilik Məclisinin sədri Nurdincan İsmayılov iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumlarının icrasını müzakirə ediblər.

1983432
İbrahim Rəisi Nurdincan İsmayılovla görüşüb

İran prezidenti İbrahim Rəisi və Özbəkistanın Qanunvericilik Məclisinin sədri Nurdincan İsmayılov iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumlarının icrasını müzakirə ediblər.
Məlumata görə, İbrahim Rəisi Tehrana rəsmi səfər edən Nurdincan İsmayılovla görüşüb.
İran və Özbəkistan arasında əməkdaşlığa dair 18 saziş və anlaşma memorandumunun imzalandığını xatırladan İbrahim Rəisi onların həyata keçirilməsinin sürətləndirilməsinin əlaqələrin səviyyəsini yüksəldəcəyini bildirib.

"İran və Özbəkistan parlamentləri arasında həyata keçiriləcək təcrübə mübadiləsi iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində təsirli və müsbət addım olacaq", - deyə İbrahim Rəisi qeyd edib. 

Ötən il İran və Özbəkistan arasında siyasi və iqtisadi əlaqələrdə irəliləyişin əldə edildiyinə işarə edən İbrahim Rəisi bildirib ki,  mövcud imkanları nəzərə alaraq iqtisadi və ticari əlaqələrin inkişafı üçün daha çox səy göstərilməlidir.

Özbəkistan Qanunvericilik Məclisinin sədri İsmailov isə öz növbəsində iki ölkənin parlamentlərinin hökumətlər arasında əməkdaşlığın inkişafında fəal rol oynamasının vacibliyini vurğulayaraq Özbəkistan Məclisinin  iki ölkə arasında əldə olunan razılaşmaların icrası  üçün bütün imkanlarından istifadə edəcəyini bəyan edib.



Әlaqәli Xәbәrlәr