Hindistanda zorakılıq hadisələri nəticəsində 54 nəfər ölüb

Hindistanın Manipur ştatında baş verən zorakılıq hadisələri nəticəsində 54 nəfər ölüb.

1983433
Hindistanda zorakılıq hadisələri nəticəsində 54 nəfər ölüb

Hindistanın Manipur ştatında baş verən zorakılıq hadisələri nəticəsində 54 nəfər ölüb.
Hindistan mətbuat orqanlarının yaydığı məlumatat əsasən, Meitei icması "Planlanmış'' qəbilə kateqoriyasına daxil edilmədiyi üçün mayın 3-dən etibarən etiraz aksiyaları keçirir. Manipur ştatında keçirilən etiraz aksiyalarında gərgin anlar yaşanıb. Hərbçilərin nümayişçilərə sərt müdaxiləsi nəticəsində 54 nəfər ölüb 13 min adam ştatdan təxliyə edilərək təhlükəsiz bölgəyə aparılıb. Məlumatda mayın 3-də hərbçilərə  nümayişçilərə atəş açmaları ilə əlaqədar əmrin verildiyi bildirilib. 
Hadisələri nəzarət altına almaq məqsədilə Manipur ştatına  10 minə yaxın əsgər və milis göndərilib.
Ədliyyə naziri Kiren Rijiju bildirib ki, zorakılıq çox üzücüdür və hökumət lazımi tədbirləri görüb.
Daxili işlər naziri Amit Şah da Manipurdakı vəziyyəti yaxından izlədiyini bildirib.



Әlaqәli Xәbәrlәr