ABŞ-a məxsus qırıcı Cənubi Koreyada qəzaya uğrayıb

Amerika Birləşmiş Ştatlarına məxsus ''F-16'' tipli döyüş təyyarəsi  Cənubi Koreyada qəzaya uğrayıb.

1983434
ABŞ-a məxsus qırıcı Cənubi Koreyada qəzaya uğrayıb

Amerika Birləşmiş Ştatlarına məxsus ''F-16'' tipli döyüş təyyarəsi  Cənubi Koreyada qəzaya uğrayıb.
Cənubi Koreyanın ''Yonhap'' xəbər  agentliyinin yaydığı xəbərinə görə, ABŞ-a məxsus ''F-16'' döyüş təyyarəsi yerli vaxtla saat 09:45-də paytaxt Seuldan təxminən 60 kilometr cənubda yerləşən Pyeonqtaek şəhərindəki Osan hava bazası yaxınlığında qəzaya uğrayıb.
Qəzaya uğradıqdan sonra yanan hərbi təyyarəyə yanğınsöndürənlər müdaxilə edib.
Yanğınsöndürənlər qəza zamanı mülki tikililərə ziyan dəymədiyini açıqlayıb. Pilotun katapult edə bildiyi bildirilib. Təyyarənin qəzaya uğradığı  ərazidə yaşayış məntəqələrinin olmadığı qeyd olunub.



Әlaqәli Xәbәrlәr