Konqo Demokratik Respublikasında daşqınlarda həyatını itirənlərin sayı 176 nəfərə çatıb

Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 176 nəfər ölüb.

1983260

Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətində yağan güclü yağışlar daşqınlara səbəb olub.
Daşqınlar nəticəsində Buşuşu və Nyamukubi kəndlərinə ciddi ziyan dəyib.
Cənubi Kivu əyalətinin qubernatoru Teo Nqvabidje Kasi daşqınlar nəticəsində 170-dən çox adamın həyatını itirdiyini deyib. Məlumata əsasən, daşqın zamanı çox sayda adam itkin düşüb.
Bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Әlaqәli Xәbәrlәr