Sergey Şoyqu: ''Orduya kifayət qədər sursat göndərildi''

Rusiyanın müdafiə naziri Sergey Şoyqu orduya kifayət qədər sursatın göndərildiyini bildirib.

1981872
Sergey Şoyqu: ''Orduya kifayət qədər sursat göndərildi''

Rusiyanın müdafiə naziri Sergey Şoyqu orduya kifayət qədər sursatın göndərildiyini bildirib.

Sergey Şoyqu hərbi rəsmilərlə keçirdiyi toplantıda Rusiya-Ukrayna müharibəsi və Qərbin addımları ilə bağlı açıqlamalar verib.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada döyüşlərini davam etdirdiyini və Ukrayna ordusunun itkilər verdiyini bildirən Sergey Şoyqu deyib:

"Qərb ölkələrinin görünməmiş hərbi dəstəyinə baxmayaraq, düşmən ciddi itkilər verir. Ukrayna son bir ayda 15 mindən çox  itki verib. Əsgərlərimiz 8 təyyarə, 277 pilotsuz uçuş aparatı (PUA), 430 tank və zirehli texnika, 18 ədəd reaktiv yaylım atəşi sistemi, 225 haubitsa və minaatan məhv edib. Qərbin Ukrayna Silahlı Qüvvələrinə göndərdiyi silahları məhv etməyə davam edirik”.

Ölkəsində müdafiə sahəsində fəaliyyət göstərən müəssisələrə istehsallarını artırmaları ilə əlaqədar göstəriş verildiyini qeyd edən Sergey Şoyqu sözügedən ərazidə hökumətin sifarişlərinin yerinə yetirilməsi prosesinə nəzarət etdiklərini deyib.

Sergey Şoyqu deyib: "Nəticədə 2022-ci ilin əvvəli ilə müqayisədə xüsusilə tələb olunan silahların alınması 7 dəfə, ümumi silah növlərinin alınması isə 2,7 dəfə artıb. Düşməni məğlub etmək üçün Rusiya Silahlı Qüvvələrinə kifayət qədər sursat çatdırılıb. Ümumiyyətlə, müdafiə sektoru ordu və donanmanın ehtiyaclarını ödəyir.Lakin müəssisələrin öhdəliklərini yerinə yetirməməsi risklərini vaxtında aşkar etmək və lazımi tədbirləri operativ şəkildə həyata keçirmək lazımdır”.

Müdafiə sahəsində fəaliyyət göstərən “Taktiki raket silahları” zavodunun dövlətin sifarişlərini vaxtında yerinə yetirdiyini bildirən Sergey Şoyqu deyib: “Yüksək dəqiqlikli silahların istehsalının həcmini tez bir zamanda iki dəfə artırmaq lazımdır”.



Әlaqәli Xәbәrlәr