İtaliyada leysan yağışları torpaq sürüşmәsinә sәbәb olub

İtaliyanın Siciliya adasındakı Mellina şəhərində yağan aramsız yağışlar daşqınlar və torpaq sürüşməsinə səbəb olub.

1981870
İtaliyada leysan yağışları torpaq sürüşmәsinә sәbәb olub

İtaliyanın Siciliya adasındakı Mellina şəhərində yağan aramsız yağışlar daşqınlar və torpaq sürüşməsinə səbəb olub. Ölkənin şimal-şərqində yerləşən Emiliya-Romaqna bölgələrində çaylar daşıb.

Aralıq dənizinin ən böyük adası olan Siciliyada yerləşən Mellinada leysan yağışları həyatı iflic edib.

Mellinanın Antillo və Furci qəsəbələrində gün ərzində yağan leysan yağışları daşqınlar  və torpaq sürüşməsinə səbəb olub. Bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Xilasedicilər maşınında qapalı qalan bir nəfəri xilas edib.

Həddindən artıq quraqlığın yaşandığı ölkədə yağan leysan yağışları nəticəsində bəndlərdəki suyun səviyyəsi yüksəlib.



Әlaqәli Xәbәrlәr