Əbdülfəttah əl-Burhan Məhəmməd Həmdan Daqalu ilə görüşməkdən imtina edib

Sudan ordusunun komandanı general Əbdülfəttah əl-Burhan xüsusi təyinatlı qüvvələrin komandanı general Məhəmməd Həmdan Daqalu ilə görüşməyin mümkün olmadığını bildirib.

1980853

''Al-Hurra'' televiziya kanalına müsahibə verən Burhan  üsyana rəhbərlik etdiyi üçün Daqalu ilə görüşməsinin mümkün olmadığını qeyd edib.
Üsyançıların vətəndaşlardan canlı qalxan kimi istifadə etdiyinə diqqət çəkən Burhan deyib: "Yaşayış məntəqələri xaricində heç bir üsyançı qüvvə yoxdur. Ordu döyüşü çox qısa müddətdə həll edə bilər, lakin biz infrastrukturu və mülki vətəndaşları qorumağa çalışırıq. Bunu milli məsuliyyət məsələsi hesab edirik''.
Burhan ordunun ölkənin qərbindəki Darfur yaxınlığındakı bir neçə məntəqə istisna olmaqla, ölkənin bütün ərazilərinə nəzarəti bərpa etdiyini deyib.

Әlaqәli Xәbәrlәr