İki ölkə arasında Sudandakı vətəndaşlarla bağlı gərginlik yaşanıb

Böyük Britaniyanın həftə sonu Sudandakı səfirliyinin əməkdaşlarını təxliyə etmək səylərinin digər ölkələrin öz vətəndaşlarını xilas etməsini gecikdirdiyi iddia edilib.

1980086

Böyük Britaniyanın BBC telekanalına müsahibə verən Almaniya rəsmisi İngiltərə qüvvələrinin Sudana ölkə ordusunun icazəsi olmadan eniş etdiyini iddia edib.
''Bu zaman digər Avropa ölkələri öz vətəndaşlarını Sudandan təhlükəsiz şəkildə təxliyə etməyə çalışırdılar. Almaniya da digər Avropa ölkələri kimi  Xartumun şimalındakı hava limanından istifadə etməyi planlaşdırırdı'',-deyə Almanita rəsmisi bildirib.
Böyük Britaniya Müdafiə Nazirliyi isə təxliyyələrin gecikməsinə görə məsuliyyət daşıdığına dair iddiaları təkzib edib.
Almaniya Sudandakı vətəndaşlarını təxliyə edib.
Qeyd edək ki, Sudandan 700-dən çox adam 6 təyyarə ilə təxliyə edilib. Bu şəxslərdən 200-ü Almaniya digərləri isə Böyük Britaniya daxil olmaqla 30 ölkənin vətəndaşıdır.

Әlaqәli Xәbәrlәr