Emmanuel Makron ölkəsindəki Çin səfirinə sərt reaksiya verib

Fransa prezidenti Emmanuel Makron Çin səfirinin keçmiş sovet ölkələrinin statusu ilə bağlı sözlərinə reaksiya verib.

1979143
Emmanuel Makron ölkəsindəki Çin səfirinə sərt reaksiya verib

Şimal Dənizi Zirvəsi üçün Belçikada olan Makron Fransanın BFMTV kanalına açıqlamasında Çin səfiri Lu Şeyi tənqid edib.

“Düşünürəm ki, bu cür sözlərdən istifadə etmək diplomatın işi deyil” deyə prezident Makron deyib.

Qeyd edək ki, Çin səfiri Fransanın TF1 televiziyasına müsahibəsində, “Hətta keçmiş sovet respublikalarının beynəlxalq hüquqda statusu yoxdur. Onların beynəlxalq hüquqda effektiv statusu yoxdur, çünki onların suveren ölkə statusu beynəlxalq müqavilədə təcəssüm olunmayıb” ifadələrini səsləndirib.

Həmin açıqlamadan sonra Avropa İttifaqı və bəzi ölkələr Çin səfirinin sözlərini sərt şəkildə tənqid ediblər.

 



Әlaqәli Xәbәrlәr