ABŞ-dan İran rəsmilərinə qarşı yeni sanksiyalar

Amerika Birləşmiş Ştatları (ABŞ) 11 iranlı rəsmiyə insan haqlarının pozulmasına görə məsuliyyət daşıdıqları səbəbilə sanksiya tətbiq etmək qərarına gəlib.

1979180
ABŞ-dan İran rəsmilərinə qarşı yeni sanksiyalar

 ABŞ dövlət departamentinin rəhbəri Antoni Blinken sanksiya qərarı ilə bağlı yazılı açıqlama verib.

“ABŞ İranın davam edən insan haqları pozuntularını pisləyir. Biz İran rejiminin qəddar siması ilə üzləşən İran xalqını və onun fundamental azadlıqlara hörmət tələbini dəstəkləməkdə qərarlıyıq”.

Sanksiyalarınnın səbəbləri sadalanan açıqlamada həmçinin vurğulanıb ki, bu gün Dövlət Departamenti olaraq dinc nümayişçilərin öldürülməsində, saxlanmasında, döyülməsində, ifadə azadlığına mane olmaqda məsul olan və ya əli olan 11 İran rəsmisinə viza məhdudiyyəti quyulması qərarına gəldik.

 



Әlaqәli Xәbәrlәr