ÜST: Sudanda toqquşmalarda 330-ə yaxın adam həlak olub

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən qarşıdurmalarda 300-ə yaxın adam həyatını itirib.

1977428
ÜST: Sudanda toqquşmalarda 330-ə yaxın adam həlak olub

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən qarşıdurmalarda 300-ə yaxın adam həyatını itirib.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus bəyan edib.

Onun sözlərinə görə, silahlı qarşıdurmalarda 3 mindən çox mülki vətəndaş və hərbçi yaralanıb.

Hazırda ən şiddətli döyüşlərin paytaxt Xartumda getdiyini bildirən Qebreyesus, şəhərin vəziyyətinin təhlükəli olması səbəbindən tibb işçiləri və təcili yardım maşınlarının sağlamlıq müəssisələrinə çatmaqda çətinlik çəkdiyini vurğulayaraq deyib:

“Xartumda yaralı mülki vətəndaşları qəbul edən xəstəxanalar tibbi personalın və həyati xilasedici tibbi ləvazimatların çatışmazlığından xəbər verirlər. Bildirilib ki, xəstəxanaların generatorlarında yanacaq çatışmazlığı, o cümlədən su və elektrik enerjisinin kəsilməsi səhiyyə ocaqlarının funksionallığına təsir göstərir”.

Qebreyesus Sudandakı tərəflərə "münaqişələrdə insani fasilə" çağırışını təkrarlayıb və sülhün yeganə həll yolu olduğunu qeyd edib.

Aprelin 15-i səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə Sudan ordusu ilə yarımhərbiləşdirilmiş HDK qüvvələri arasında silahlı toqquşmalar baş verib.

“HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilmişib.



Әlaqәli Xәbәrlәr