İqor Konaşenkov:‘‘Rusiya qüvvәlәri Ukraynaya mәxsus iki “Miq-29” və iki “Su-25” qırıcısını vurdu’’

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusuna məxsus iki “Miq-29” və iki “Su-25” tipli döyüş təyyarəsini vurduqlarını bildirib.

1977249
İqor Konaşenkov:‘‘Rusiya qüvvәlәri Ukraynaya mәxsus iki “Miq-29” və iki “Su-25” qırıcısını vurdu’’

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusuna məxsus iki “Miq-29” və iki “Su-25” tipli döyüş təyyarəsini vurduqlarını bildirib.
İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.
Rusiya qüvvәlәrinin Donetskin üç bölgәsini nәzarәtinә götürdüyünü 
bildirən İqor Konaşenkov  Rusiya hava-desant qoşunlarının şəhərin şimal və cənub bölgәlәrini bağladığını bildirib. .
İqor Konaşenkov Ukrayna Silahlı Qüvvələrinin Artyomovsk şəhərinin şimal-qərb və mərkəzi bölgələrində  təşkil etdiyi  əks-hücum cəhdlərinin qarşısının alındığını deyib.
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin bir gündə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarəni vurduğunu qeyd edən İqor Konaşenkov Donetsk vilayətinin Novoukrainka və Sergeyevka yaşayış məntəqələri yaxınlığında 2 ''Miq-29''un, Xarkov vilayətinin Dolqenkoye qəsəbəsi yaxınlığında isə bir ''Su-25'' qırıcısının vurulduğunu bildirib.
İqor Konaşenkov həmçinin qeyd edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Uqledar yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus ''Su-25'' döyüş təyyarəsini də vurub.

‘‘Bu günə qədər Ukrayna ordusuna məxsus 411 təyyarə, 228 helikopter, 3776 pilotsuz uçuş aparatı, 415 hava hücumundan müdafiə  sistemi, 8732 tank və zirehli texnika, 1089 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 4619 haubitsa ilə minaatan vә  9617 hәrbi maşın mәhv edilib’’,-deyә Rusiya Müdafiә Nazirliyinin rәsmisi bildirib.



Әlaqәli Xәbәrlәr