Bu yay Aralıq dənizi və Avropanın cənubunda quraqlıq olacaq, çünki ...

Avropa İttifaqı Kopernik İqlim Dəyişikliyi Xidmətinin “2022-ci il Avropa iqlim bəyanatı”nda yazılır...

1977654
Bu yay Aralıq dənizi və Avropanın cənubunda quraqlıq olacaq, çünki ...

  Avropa iqlim ekspertləri yaz və yay aylarının xüsusilə Aralıq dənizi və Avropanın cənubunda quraqlıqla müşahidə olunacağı ilə bağlı xəbərdarlıq ediblər.

  Avropa İttifaqı Kopernik İqlim Dəyişikliyi Xidmətinin “2022-ci il Avropa iqlim bəyanatı”nda yazılır: “Son 8 il dünyanın ən isti dövrü, 2022-ci il isə Avropada qeydə alınan ən isti ikinci il olub. 5 ildə Avropada havanın orta temperaturu sənayedən əvvəlki dövr hesab edilən 1850-1900-cü il intervalından 2,2 dərəcə yüksək ölçülüb. Əslində isə dünya üzrə orta hesabla 1,2 dərəcədir.

  2022-ci ilin yayı həm də Avropada “ən isti yay” kimi qeydə alınıb. Keçən yay Avropanın əksər hissəsində intensiv və uzun istilik dalğalarının yaşandığı bir vaxtda temperatur orta göstəricidən 1,4 dərəcə yuxarı idi.

  Avropada havanın temperaturu qlobal orta göstəricidən 2 dəfə sürətlə yüksəlir. Bu artım tempi digər qitələrdən artıqdır. Yay yaşanan quraqlıq və meşə yanğınları ilə də diqqət çəkir.

  Avropanın üçdə biri 2022-ci ilin yayında quraqlıqdan ciddi şəkildə təsirlənib, qitənin 63 faizində axar suların orta axınının miqdarı azalıb.

  Xüsusilə Avropanın cənubunda su mənbəyi sayılan Alp dağlarında qar azlığı rekord həddə çatıb. Alp bölgəsində 5 kvadrat kilometr buzlaq itkisi meydana gəlib.

  Orta temperatur artımı belə davam edərsə, Aralıq dənizi bölgəsində quraqlıq gözlənilir”.



Әlaqәli Xәbәrlәr