2023-cü il üçün dünya əhalisinin vəziyyəti

BMT “2023-cü il üçün dünya əhalisinin vəziyyəti” hesabatını paylaşdı

1977132
2023-cü il üçün dünya əhalisinin vəziyyəti

 

  Hindistan "Dünyanın ən sıx əhalisi olan ölkə”yə çevrilmək yolundadır.

  Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun (UNFPA) “8 milyard həyat, sonsuz imkanlar: hüquqlar və seçimlər məsələsi” adlı “2023-cü il üçün dünya əhalisinin vəziyyəti” hesabatını paylaşıb.

  Hindistan əhalisinin 2023-cü ilin ortasına qədər Çini təxminən 3 milyon nəfər keçəcəyi bildirilən hesabatda Hindistan əhalisinin 1 milyard 428 milyona çatacağı təxmin edilir.

  2050-ci ilə qədər dünya əhalisinin artımının yarısını Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya olmaqla səkkiz ölkənin payına düşəcəyi proqnozlaşdırılır.

  Qeyd olunub ki, Hindistan əhalisinin sayı Birləşmiş Millətlər Təşkilatının əhali məlumatlarını toplamağa və dərc etməyə başladığı 1950-ci ildən bəri ilk dəfə Çini keçəcək.

  Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə 2022-ci ildə 800 min nəfər azalıb.

  Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, Çin əhalisinin sayı 2021-ci ildə 1 milyard 412 milyon 600 min ikən 2022-ci ildə 1 milyard 411 milyon 800 min olub.

  Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən dərc edilən "Dünya əhalisi üzrə proqnozlar-2022" hesabatında Çin əhalisinin 2023-cü ilin əvvəlindən etibarən "mütləq azalma prosesi”nə girəcəyi, Hindistan əhalisinin isə “Dünyanın ən sıx əhalisi olan ölkə” kimi Çini geridə qoyacağı yazılıb.

  Hesabatda Çin əhalisinin 2050-ci ildə 1 milyard 317 milyon, əsrin sonunda isə 766 milyona enəcəyi təxmin edilir.



Әlaqәli Xәbәrlәr