“Afrika yoxsul qitə deyil, istismar edilən yerdir”, G.Meloni

Afrika ölkəsi Efiopiyaya iki günlük rəsmi səfərinin son günündə ölkənin baş naziri Abiy Əhməd və Somali prezidenti Həsən Şeyx Mahmud ilə üçtərəfli zirvə toplantısında iştirak edən G.Meloni Avropanın Afrikaya yanaşmasını tənqid edib və deyib...

1975409
“Afrika yoxsul qitə deyil, istismar edilən yerdir”, G.Meloni

 

  İtaliyanın baş naziri Giorgia Meloni Avropanın Afrikada geridə qaldığını, Afrikanın həm İtaliya, həm də Avropa üçün strateji bir yer olduğunu söyləyib.

  Afrika ölkəsi Efiopiyaya iki günlük rəsmi səfərinin son günündə ölkənin baş naziri Abiy Əhməd və Somali prezidenti Həsən Şeyx Mahmud ilə üçtərəfli zirvə toplantısında iştirak edən G.Meloni Əddis-Əbəbədə İtaliya məktəbində açıqlamalar verərək Avropanın Afrikaya yanaşmasını tənqid edib və deyib: "Avropa Afrikada geridə qalıb. Afrika bizim üçün mütləq strateji bir yerdir. Bunu anlamaq çətin olmamalıdır.

  Afrika ölkələrinin inkişafını dəstəkləmək üçün lazım olanları müzakirə etdik və İtaliya bu işdə ön sıralarda ola biləcək.

  Qəbul edilənlərin əksinə, Afrika əslində yoxsul bir qitə deyil, istismar edilən yerdir. Sərvətlərini çıxarmaq imkanı yoxdur. Əslində isə zənginlikləri ilə rahat yaşaya bilər.

  Efiopiya miqrasiya axını kimi problemlər yaşayır və bu gün 1 milyondan çox qaçqına ev sahibliyi edən bir ölkədir. Bizim üçün də strateji olan bu məsələ dəstəklənmədiksə, ortaya çıxan problemlər bizim üzərimizə gəlir. İtaliya bunu yaxşı başa düşür, çünki Efiopiyaya ən yaxın olan bizik”.

  Avropaya doğru artan nizamsız miqrasiya ilə əlaqədar olaraq Afrika ilə müntəzəm əməkdaşlıq edilməlidir.

  İtaliyada sığınacaq axtaranlar üçün xüsusi qoruma statusunu aradan qaldırmağı düşünürük”.



Әlaqәli Xәbәrlәr