Fransanın Konstitusiya Şurası pensiya islahatını qanuni hesab edib

Bu barədə Fransanın Konstitusiya Şurası məlumat yayıb.

1975191
Fransanın Konstitusiya Şurası pensiya islahatını qanuni hesab edib

Fransanın Konstitusiya Şurası pensiya islahatını qismən qanuni hesab edib.
Bu barədə Fransanın Konstitusiya Şurası məlumat yayıb.
Fransanın Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşının artırmasını nəzərdə tutan maddəsini qanuni hesab etsə də, islahatla bağlı 6 maddəni tamamilə və ya qismən rədd etdi.
Şura deputatların pensiya islahatı ilə bağlı referendum keçirilməsi  tələbini isə rədd edib.
Ölkənin gündəmini zəbt edən pensiya islahatının əleyhinə olanlar dünən 12-ci dəfə kütləvi nümayişlər təşkil ediblər, paytaxt Parisdə 80 nəfər saxlanılıb, 76 təhlükəsizlik xidməti əməkdaşı yaralanıb.



Әlaqәli Xәbәrlәr