MDB Xarici İşlər Nazirləri Şurasının iclası Səmərqənd şəhərində keçirilib

Özbəkistanın tarixi Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirlərinin iclası keçirilib.

1975107
MDB Xarici İşlər Nazirləri Şurasının iclası Səmərqənd şəhərində keçirilib
bdt semerkant.jpg
bdt semerkant1.jpg

Özbəkistanın tarixi Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirlərinin iclası keçirilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtileu, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Belarusun xarici işlər naziri Sergey Aleynik, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkmənistan xarici işlər nazirinin müavini Vepa Hacıyev və MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edib. 

Mətbuata qapalı keçirilən görüşdə nazirlər beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar və MDB Xarici İşlər Nazirlərinin növbəti iclasının oktyabrın 12-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilməsi barədə qərar qəbul ediblər.

Nazirlər Belarusun paytaxtı Minskin 2023-cü ildə MDB-nin idman paytaxtı elan edilməsinə, 2024-cü ildə isə Ermənistanın Gümrü şəhərinə bu statusun verilməsi qərarına gəliblər.

Nazirlər MDB ölkələrində sağlamlıq imkanları məhdud uşaqlar arasında hər 4 ildən bir idman oyunlarının təşkil edilməsinə qərar verərkən, Özbəkistanın paytaxtı Daşkəndin MDB-nin gənclər paytaxtı, tarixi Səmərqənd şəhərinin isə 2024-cü ilin mədəniyyət paytaxtı elan edilməsi barədə razılığa gəliblər.

MDB Xarici İşlər Nazirlərinin İclasında imzalanmış həmin sənədlər iyunun 8-də Rusiyanın Soçi şəhərində keçiriləcək MDB Hökumət Başçıları Şurasının iclasında təsdiqləndikdən sonra qüvvəyə minəcək.



Әlaqәli Xәbәrlәr