Hindistanda hərbi bazaya hücum edilib, ölənlər var

Hindistanın şimalındakı Pəncab ştatında hərbi bazaya silahlı hücum nəticəsində 4 nəfər ölüb.

1973872
Hindistanda hərbi bazaya hücum edilib, ölənlər var

Hindistanın şimalındakı Pəncab ştatında hərbi bazaya silahlı hücum nəticəsində 4 nəfər ölüb.
Hindistan ordusunun sözçüsü yerli vaxtla saat 04:35-də Batinda bölgəsindəki hərbi bazaya silahlı hücumun həyata keçirildiyini bildirib.
Sözçü hücumda 4 nəfərin öldüyünü və hücumu törədənlərin tapılması istiqamətində əməliyyatların keçirildiyini deyib.
Hərbi baza ətrafında polislərin gözlədiyi və hadisənin terror hücumu deyil, “şəxsi düşmənçilik” zəminində törədilmə ehtimalının qiymətləndirildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr