Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda 6 nəfər ölüb

Braziliyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 6 nəfər həyatını itirib, minlərlə insan evsiz qalıb.

1972734
Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda 6 nəfər ölüb

Braziliyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 6 nəfər həyatını itirib, minlərlə insan evsiz qalıb.

Maranha əyalətinin 64 şəhərində fövqəladə vəziyyət elan edildiyini qeyd edən səlahiyyətlilər, daşqınlar səbəbindən 7700 ailənin evsiz qaldığını, 35 mindən çox insanın təxliyə edildiyini qeyd edib.

Axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi daşqın bölgələrində indiyədək 6 nəfər həyatını itirib.

Təbii fəlakət bölgəsindəki Trizidela do Vale şəhərini havadan tədqiq edən prezident Luiz İnasio Lula da Silva yerli hakimiyyət orqanlarından məlumat alıb.

Lula da Silva daha sonra seldən ən çox zərər çəkən Bacabal məhəlləsinə baş çəkib, vətəndaşlarla görüşüb.

Qeyd edək ki, ən son Braziliyanın San-Paulu ştatında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 65 nəfər ölüb, 2000-dən çox insan evsiz qalıb.



Әlaqәli Xәbәrlәr