Tunis sahillərində mühacirləri daşıyan 2 qayıq batıb

Tunisin cənub sahillərində qanunsuz mühacirləri daşıyan 2 qayığın batması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

1972103
Tunis sahillərində mühacirləri daşıyan 2 qayıq batıb

Tunisin cənub sahillərində qanunsuz mühacirləri daşıyan 2 qayığın batması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

Sfax şəhərindən 35 mil uzaqlıqda batan birinci qayıqda olan 17 nəfər xilas edilib, 20-yə yaxın mühacir isə itkin düşüb. Mühacirlərin axtarış-xilasetmə işləri davam edir.

Aralıq dənizində batan ikinci qayıqda 43 qanunsuz mühacirin bildirilib. Onlardan 36-sının xilas edildiyi, 4-nünü cəsədinin tapıldığı, 3 nəfərin isə dənizdə batdığı qeyd olunub.

Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya səyahət etmək üçün Tunisə gəlir. Tunisdə mühacir məhəllələrində yaşayan mühacirlərin bir qismi Avropaya çatmağı bacarsa da, bəziləri dənizdə ölür.



Әlaqәli Xәbәrlәr