Netanyahu göstəriş verdi

Netanyahu ehtiyatda olan hərbçilərin səfərbər edilməsi barədə göstəriş verib.

1972089
Netanyahu göstəriş verdi

İordan çayının qərb sahilində və Təl-Əvivdə baş verən hücumlarda 3 nəfərin ölümündən sonra İsrailin Baş naziri Binyamin Netanyahu ehtiyatda olan hərbçilərin səfərbər edilməsi barədə göstəriş verib.

Netaryahu polisə sərhəd polisinin bütün ehtiyat hissələrini səfərbər etməyi tapşırıb və İsrail Müdafiə Ordusuna əlavə qüvvələrin səfərbər olunmasını əmr edib.

Xatırladaq ki, 3 gün bundan əvvəl İsrailin Baş Qərargah rəisi də bölgədəki gərginlik fonunda Hava Qüvvələrində hava hücumundan müdafiə və hücum birləşmələrinə diqqət yetirməklə ehtiyatda olan hərbçilərin çağırılması barədə göstəriş verib.



Әlaqәli Xәbәrlәr